NDU-da SAT imtahanları uğurla davam edir

08.06.2026

NDU-da SAT imtahanları uğurla davam edir

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq İmtahanlar və Təlim Mərkəzində beynəlxalq imtahanların təşkili uğurla davam etdirilir. Mərkəzdə 06 iyun 2026-cı il tarixində növbəti SAT imtahanı keçirilib.

İmtahanda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri ilə yanaşı, Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan iştirakçılar da öz bilik və bacarıqlarını sınayıblar. İmtahan beynəlxalq standartlara uyğun təşkil olunub, iştirakçılar üçün şəffaf, təhlükəsiz və rahat imtahan mühiti yaradılıb.

Naxçıvan Dövlət Universitetinin beynəlxalq imtahan mərkəzi kimi fəaliyyət göstərməsi region gənclərinin beynəlxalq sertifikat proqramlarına çıxış imkanlarını genişləndirir və onların xarici universitetlərə qəbul prosesində rəqabət qabiliyyətinin artırılmasına töhfə verir.

Qeyd edək ki, universitetdə növbəti SAT imtahanının 22 avqust 2026-cı il tarixində keçirilməsi planlaşdırılır. Naxçıvan Dövlət Universiteti beynəlxalq qiymətləndirmə və sertifikatlaşdırma imkanlarının artırılması istiqamətində fəaliyyətini davam etdirir.