NDU-da tələbələr arasında şahmat yarışı keçirilib

28.04.2026

NDU-da tələbələr arasında şahmat yarışı keçirilib

Naxçıvan Dövlət Universitetində tələbələrin intellektual inkişafına və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edən şahmat yarışı keçirilib.

Yarışda İqtisadiyyat və idarəetmə fakültəsi, Beynəlxalq münasibətlər və hüquq fakültəsi, eləcə də Pedaqoji fakültənin tələbələri iştirak ediblər.

Şahmat yarışında tələbələr məntiqi düşünmə, strateji yanaşma və qərarvermə bacarıqlarını nümayiş etdiriblər. 

Tədbirin keçirilməsində əsas məqsəd tələbələri dərsdənkənar fəaliyyətlərə cəlb etmək və onların intellektual potensialının inkişafına dəstək olmaqdır.