Naxçıvan Dövlət Universitetində 30 aprel tarixində I və II kurs tələbələri arasında oğlanlar üzrə voleybol yarışı keçirilib.
Yoldaşlıq görüşü formatında təşkil olunan yarışda tələbələr öz bacarıqlarını nümayiş etdirərək komanda ruhu və idman əzmkarlığı ilə seçiliblər.
Qeyd edək ki, yarışın əsas məqsədi I kursa qəbul olunmuş tələbələrin universitet həyatına daha fəal inteqrasiyasını təmin etmək, onları dərsdənkənar məşğələlərə cəlb etmək, həmçinin perspektivli idmançıları müəyyənləşdirərək universitetin yığma komandalarının tərkibinə daxil etməkdir.


