NDU-da “Xəmsə” intellektual oyunu keçirilib

05.02.2026

NDU-da “Xəmsə” intellektual oyunu keçirilib

Naxçıvan Dövlət Universitetində “Memarlıq və Şəhərsalma İli” çərçivəsində keçirilən XƏMSƏ intellektual oyunu uğurla başa çatıb. Yarış zamanı iştirakçılar bilik, məntiq, analiz və sürətli qərarvermə bacarıqlarını sınayaraq maraqlı və rəqabətli mübarizə nümayiş etdiriblər.

23 iştirakçının qatıldığı oyunda qaliblər müəyyən olunub, qalib komandalara mükafatlar təqdim edilib, bütün iştirakçılara isə sertifikatlar verilib.

Tədbir sağlam rəqabət, yüksək motivasiya və intellektual mühitlə yadda qalıb. Bildirilib ki, bu cür layihələr gənclərin düşünmə bacarıqlarının inkişafına töhfə verməklə yanaşı, onların bilik və dünyagörüşünün genişlənməsinə də xidmət edir.