NDU-da “Zirvəyə gedən yol” adlı solo konsert baş tutub

02.06.2026

NDU-da “Zirvəyə gedən yol” adlı solo konsert baş tutub

Naxçıvan Dövlət Universitetində NDU nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin III kurs tələbəsi Hüseynov Bayramın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Zirvəyə gedən yol” adlı solo konserti keçirilib.

Tələbə haqqında qısa məlumat verildikdən sonra konsert proqramına start verilib. Hüseynov Bayram müxtəlif janr və üslubları əhatə edən musiqi nömrələri ilə çıxış edib. Tədbirin konsertmeysterləri VII Respublika müsabiqəsi laureatı Türkan Əzimova və respublika, eləcə də beynəlxalq müsabiqələr laureatı Aysel Həsənova olublar.

Proqramda Tofiq Quliyevin “Qaytağı”, “Sən mənimsən, mən sənin” və Bəxtiyar filmindən fraqmentlər, Tofiq Bakıxanovun “Tar və orkestr üçün Konsert №3” əsərinin I hissəsi, Ramiz Mirişlinin “Oxu, bülbül”, Süleyman Ələsgərovun “Daimi hərəkət”, muğam “Bayatı-Şiraz”, Dinikunun “Mart yallısı”, Sevil Əliyevanın “Ana” və Azər Rzayevin “Qaytağı” əsərləri ifa olunub.

Tədbirin sonunda NDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov universitetin rektoru Elbrus İsayev adından çıxış edərək gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi istiqamətində NDU-da həyata keçirilən tədbirlərdən danışıb, tələbəni təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Azərbaycanın tanınmış ustad tarzəni, Əməkdar mədəniyyət işçisi və Prezident təqaüdçüsü Əkrəm Məmmədli, eləcə də tələbənin müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İlqar Hüseynov çıxışlarında Hüseynov Bayramın uğurlarını yüksək qiymətləndirərək onun ifaçılıq bacarığını xüsusi vurğulayıblar. Çıxışçılar  milli musiqi irsinin qorunması və tar sənətinin gənc nəsillər arasında təbliğinin vacibliyindən bəhs edərək bu istiqamətdə belə konsertlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Konsert proqramı dinləyicilər tərəfindən maraqla qarşılanıb.

 

Badəm Əliyeva

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsi