Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Gimnaziyanın şagirdləri buraxılış imtahanında yüksək nəticələr göstəriblər.
Buraxılış imtahanının nəticələrinə əsasən, gimnaziyanın 54 şagirdi imtahanda iştirak edib. Onlardan 30-u fərqlənmə göstəricisi əldə edib. Statistik göstəricilərə görə, bu şagirdlərdən 3 –ü 290-dan yuxarı, 28-i 250-dən yuxarı, 46-sı isə 200-dən yuxarı bal toplayıb.
Əldə olunan nəticələr gimnaziyada tədrisin keyfiyyətinin və şagirdlərin hazırlıq səviyyəsinin yüksək olduğunu bir daha nümayiş etdirir.
.png)
.png)


