NDU-nun fakültə və kollecləri arasında mini futbol yarışı keçirilib

04.05.2026

NDU-nun fakültə və kollecləri arasında mini futbol yarışı keçirilib

Naxçıvan Dövlət Universitetində tələbələrin asudə vaxtının səmərəli təşkili, onların idmana marağının artırılması və sağlam həyat tərzinin təşviqi məqsədilə fakültə və kolleclər arasında mini futbol yarışı keçirilib.

Yarışda Pedaqoji fakültə, Xarici dillər fakültəsi, Texniki Kollec və Tibb Kollecinin komandaları mübarizə aparıblar. Gərgin və maraqlı qarşılaşmalar şəraitində keçən yarışda tələbələr yüksək komanda ruhu, çeviklik və idman bacarıqları nümayiş etdiriblər.

Yarışın yekun nəticələrinə əsasən, Pedaqoji fakültənin komandası I yerə, Xarici dillər fakültəsinin komandası II yerə, Texniki Kollecin komandası isə  III yerə layiq görülüb.