NDU tələbələri Ankara Universitetində klinik təcrübə proqramında iştirak edirlər

15.07.2026

NDU tələbələri Ankara Universitetində klinik təcrübə proqramında iştirak edirlər
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri Türkiyənin Ankara Universitetinin Tibb fakültəsində keçirilən klinik təcrübə proqramına qatılıblar.
 
Proqram NDU ilə Ankara Universiteti arasında akademik əməkdaşlıq çərçivəsində təşkil olunub. Təcrübə müddətində tələbələr Daxili xəstəliklər, Təcili yardım, Uşaq sağlamlığı və xəstəlikləri, Qadın xəstəlikləri və doğum, eləcə də Ümumi cərrahiyyə şöbələrində klinik müşahidələr apararaq müasir diaqnostika və müalicə üsulları ilə tanış olurlar.
 
Proqram tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, beynəlxalq tibbi təcrübə qazanmasına və gələcək peşə fəaliyyətinə daha yaxşı hazırlanmasına xidmət edir.
 
Hazırda klinik təcrübə proqramı uğurla davam edir.