Naxçıvan Dövlət Universitetində tələbə qızların idmana marağının artırılması və sağlam həyat tərzinin təşviqi məqsədilə voleybol yarışı keçirilib.
Yarışda Pedaqoji fakültə, Texniki Kollec, Tibb Kolleci və İncəsənət fakültəsinin komandaları iştirak ediblər. Komandalar arasında keçirilən qarşılaşmalarda tələbələr yüksək əzmkarlıq və komanda ruhu nümayiş etdiriblər.
Qeyd edək ki, bu cür yarışların keçirilməsində məqsəd tələbələrin asudə vaxtının səmərəli təşkili, onların universitetdə təşkil olunan dərsdənkənar məşğələlərə daha fəal cəlb edilməsi, həmçinin perspektivli idmançıların seçilərək universitetin yığma komandalarına qazandırılmasıdır.


