NDU tələbələri arasında sərbəst güləş üzrə yarış təşkil olunub

14.10.2025

NDU tələbələri arasında sərbəst güləş üzrə yarış təşkil olunub

Naxçıvan Dövlət Universitetində tələbələrin idman fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində təşkil olunan yarışlar çərçivəsində sərbəst güləş üzrə yoldaşlıq görüşü keçirilib.

14-15 oktyabr tarixlərində I və II kurs tələbələri arasında oğlanlar üzrə keçirilən yarışda gənc idmançılar güc, çeviklik və texniki bacarıqlarını nümayiş etdiriblər.

Yarışların təşkili tələbələrin asudə vaxtının səmərəli keçirilməsinə şərait yaratmaq, onların idmana marağını artırmaq və gələcəkdə universiteti təmsil edəcək güclü idmançıların seçilməsinə imkan vermək məqsədi daşıyır.