Naxçıvan Dövlət Universitetinin “Stomatologiya” ixtisası üzrə tələbələri Türkiyənin Qazi Universitetinin Stomatologiya Fakültəsində keçirilən beynəlxalq yay staj proqramında iştirak edirlər.
Staj çərçivəsində tələbələr Restorativ diş həkimliyi, Endodontiya, Ağız, Diş və Üz-çənə cərrahiyyəsi, eləcə də Periodontologiya bölmələrində klinik praktikaya cəlb olunaraq müasir diaqnostika və müalicə üsulları ilə tanış olurlar.
Beynəlxalq təcrübə proqramı tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, müasir stomatoloji yanaşmaları mənimsəməsinə və peşəkar inkişafına mühüm töhfə verir.


