NDU-da “Müasir universitet idarəetməsi: strateji planlaşdırma və əsas performans göstəriciləri” mövzusunda təlim təşkil olunub

17.04.2026

NDU-da “Müasir universitet idarəetməsi: strateji planlaşdırma və əsas performans göstəriciləri” mövzusunda təlim təşkil olunub

Naxçıvan Dövlət Universitetində “Beynəlxalq təlim aylığı” çərçivəsində İstanbul Universitetinin dosenti Ali Özgür Karagülle tərəfindən “Müasir universitet idarəetməsi: strateji planlaşdırma və əsas performans göstəriciləri” mövzusunda təlim keçirilib.

Təlimdə strateji planlaşdırma, iş birliyi, karyera hədəflərinin müəyyənləşdirilməsi, rəqəmsal transformasiya və yeni mexanizmlər vasitəsilə tələbələrin gələcəkdə işlə təmin olunması kimi mühüm məsələlərə geniş yer verilib. Eyni zamanda məzunlarla davamlı və effektiv əlaqələrin qurulmasının əhəmiyyəti vurğulanıb, onların əmək bazarına inteqrasiyasının gücləndirilməsi yolları müzakirə edilib. Bu kontekstdə Naxçıvan Dövlət Universitetinin ölkə iqtisadiyyatına verdiyi töhfələr xüsusi olaraq qeyd olunub.

İnteraktiv formada keçirilən təlimdə iştirakçıların sualları ətraflı cavablandırılıb, professor-müəllim heyətinə müasir və innovativ dərs metodlarının tətbiqi ilə bağlı praktiki tövsiyələr verilib, tədris prosesinin daha effektiv təşkili üçün fikir mübadiləsi aparılıb.