Naxçıvan Dövlət Universiteti beynəlxalq tədris standartlarına uyğunluğun təmin olunması və keyfiyyətin artırılması məqsədilə beynəlxalq akkreditasiya prosesinə start verib. Bu məqsədlə Qazaxıstanın müstəqil akkreditasiya və reytinq agentliyi olan IAAR (Independent Agency for Accreditation and Rating) ilə razılıq əldə olunub.
Razılaşmaya əsasən, 14 oktyabr 2025-ci il tarixində bakalavr pilləsinin tədrisi ingilis dilində olan “Tibb” ixtisası üzrə IAAR şirkətinin ekspertləri tərəfindən gün boyu davam edən səkkiz saatlıq onlayn seminar təşkil edilib. Seminar zamanı beynəlxalq akkreditasiya meyarları, təhsil proqramlarının uyğunluğu və keyfiyyət göstəriciləri müzakirə olunub.
Qeyd edək ki, ötən həftə İngilis dilli “Beynəlxalq münasibətlər” və “İqtisadiyyat” ixtisasları üzrə də iki günlük beynəlxalq akkreditasiya seminarı baş tutub.
Bu proses Naxçıvan Dövlət Universitetinin beynəlmiləlləşmə strategiyasının bir hissəsi olaraq, tədris proqramlarının beynəlxalq standartlara uyğunluğunu artırmaq məqsədi daşıyır.
Badəm Əliyeva
Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı