Naxçıvan Dövlət Universitetində “Beynəlxalq təlim aylığı” çərçivəsində növbəti təlim təşkil olunub.
“Baytarlıq təbabəti” klinikasında magistrant və doktorantlar üçün keçirilən təlim “Magistr və doktorluq dissertasiyalarının hazırlanması və yazılma prinsipləri” mövzusuna həsr edilib.
Təlim Qars Qafqaz Universitetinin Baytarlıq fakültəsinin əməkdaşı, Prof.dr. İsa Özaydın tərəfindən aparılıb. Tədbir zamanı dissertasiya işlərinin strukturlaşdırılması, elmi tədqiqatın mərhələləri, mövzu seçimi, ədəbiyyat icmalı, metodologiyanın düzgün qurulması və nəticələrin elmi əsaslarla təqdim olunması kimi mühüm məsələlər izah edilib.
İştirakçılar dissertasiya yazılışı zamanı yol verilən tipik səhvlər, akademik etik qaydalar və elmi üslubun xüsusiyyətləri barədə də geniş məlumat əldə ediblər. Təlim interaktiv formada keçib, magistrant və doktorantların sualları cavablandırılıb, praktiki tövsiyələr verilib.
Badəm Əliyeva
NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi




