Naxçıvan Dövlət Universitetində “Beynəlxalq təlim aylığı”na start verilib. Bu istiqamətlərdə keçirilən təlim proqramı akademik və inzibati heyətin peşəkar inkişafına yönəlib.
Proqram çərçivəsində Acıbadem Universitetinin alimi Tayyip Karaman tərəfindən “Akademik tədqiqat bacarıqları” mövzusunda təlim təşkil olunub. Təlim zamanı müasir elmi yanaşmalar, tədqiqat metodologiyası və akademik fəaliyyətin əsas istiqamətləri iştirakçılara ətraflı şəkildə izah edilib.
Həmçinin müxtəlif elmi bazalar və qabaqcıl texnologiyalar haqqında məlumat verilib. Xüsusilə, AlphaFold, DNA, Sanger sequencing, İllumina sequencing və Nanopore sequencing kimi müasir yanaşmalar əhatə olunub. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda təlimçi tərəfindən iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb.
Qeyd edək ki, ənənə halını almış “Beynəlxalq təlim aylığı” çərçivəsində 1–30 aprel tarixləri arasında ümumilikdə 10 müxtəlif mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.
Badəm Əliyeva
NDU, media və ictimaiyyətlə əlaqələr şöbəsi




