NDU-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində fərdi fotosərgi təşkil olunub

03.04.2026

NDU-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində fərdi fotosərgi təşkil olunub

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin “Rəngkarlıq” ixtisası üzrə  III kurs tələbəsi Vüsal Babayevin “Zaman və sükut” adlı ilk fərdi fotosərgisi keçirilib.

Ali təhsil ocağının rektoru Elbrus İsayev gənc fotoqrafı ilk fotosərgisi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. Tələbələrin yaradıcı potensialının üzə çıxarılmasının əsas prioritetlərdən biri olduğunu vurğulayan rektor qeyd edib ki, belə sərgilər gənclərinin estetik zövqünün formalaşmasına, incəsənətə marağın artırılmasına xüsusi töhfə verir.

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan sərgidə Naxçıvanın təbiətini və gündəlik məişət həyatını əks etdirən 41 foto nümayiş olunub. Fotolarda bölgənin bənzərsiz təbiəti, məişət səhnələri və milli-mənəvi dəyərləri bədii baxış prizmasından təqdim edilir.

Ekspozisiyanın əsas məqsədi Naxçıvanın zəngin təbiətini, adət-ənənələrini və mədəni irsini geniş ictimaiyyətə çatdırmaq, eyni zamanda gənclər arasında mənzərə fotoqraflığına marağı artırmaqdan ibarətdir.

Sərgidə Vüsal Babayevə təşəkkürnamə təqdim edilib. Gənc fotoqraf göstərilən diqqətə, yaradılan imkanlara görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.