NDU Elmi Kitabxanasında monoqrafiya təqdimatı keçirilib

03.03.2026

NDU Elmi Kitabxanasında monoqrafiya təqdimatı keçirilib

NDU Elmi Kitabxanasında “Ümumi və nəzəri fizika” kafedrasının baş müəllimi Seyfəddin Cəfərov və Keyfiyyət təminatı və monitorinq şöbəsinin müdiri, “Kimya” kafedrasının baş müəllimi Sevinc Kərimovanın müəllifi olduqları “Nanomateriallar və nanotexnologiyalar energetikada” adlı monoqrafiyanın təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov çıxışında monoqrafiyanın yazılmasının əsas məqsədinin yarımkeçirici nanokristalların səth hallarının öyrənilməsi üçün universal eksperimental metodların işlənib hazırlanması olduğunu bildirib.

Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Vüqar Salmanov, “Kimya” kafedrasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmudov, “Ümumi və nəzəri fizika” kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Büllurə Hacıyeva, “Kimya” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Qızıllı Əliyeva, “Kimya” kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Qorxmaz Hüseynov və digər çıxışçılar “Nanomateriallar və nanotexnologiyalar energetikada” adlı monoqrafiya haqqında fikirlərini bildiriblər. Qeyd olunub ki, kitabda nanostrukturlu materialların və örtüklərin texnologiyada istifadə imkanlarından bəhs olunur.

          Daha sonra çıxış edən müəlliflər göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.