Naxçıvan Dövlət Universiteti Fizika-riyaziyyat fakültəsinin “Fizika müəllimliyi” ixtisası üzrə III kurs tələbələri Əsli Əlizadə və Cəsur Məmmədov Rusiya Federasiyasının Moskva şəhərində təşkil olunan “Erudit" Beynəlxalq Onlayn Fizika Müsabiqəsində I yerə layiq görülüblər.
Fizika-riyaziyyat fakültəsinin “Ümumi və nəzəri fizika” kafedrasının müəllimi Leyla İbrahimovanın elmi rəhbərliyi altında sistemli hazırlıq keçən tələbələrimiz beynəlxalq müstəvidə rəqiblərini geridə qoyaraq I dərəcəli diplom və qızıl medallarla təltif olunublar.
Fizika elminin dərinliklərinə yiyələn bu gənclərin qələbəsi, universitetimizdə gənc alimlərin yetişdirilməsi və onların potensialının beynəlxalq səviyyədə reallaşdırılması istiqamətində görülən işlərin nəticəsidir.
Badəm Əliyeva
NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi




