Naxçıvan Dövlət Universitetinin kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib. Ziyarət zamanı Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi dərin ehtiramla anılıb, məzarları önünə gül dəstələri düzülüb.
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsində mühüm mərhələ olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı qırğın nəticəsində yüzlərlə günahsız insan şəhid olub, minlərlə vətəndaşımız yaralanıb və itkin düşüb. Bu qanlı hadisə xalqımızın iradəsini, milli birliyini və müstəqillik əzmini daha da gücləndirib.
Ziyarət 20 Yanvar şəhidlərinin xatirəsinə hörmət və ehtiram ifadəsi kimi qiymətləndirilib.




