NDU tələbələri “Şəhərsalma və Memarlıq ili” çərçivəsində "Xan Sarayı” muzeyini və “Möminə Xatun” türbəsini ziyarət ediblər

11.03.2026

NDU tələbələri “Şəhərsalma və Memarlıq ili” çərçivəsində "Xan Sarayı” muzeyini və “Möminə Xatun” türbəsini ziyarət ediblər

          Naxçıvan Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin könüllüləri “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Naxçıvanın tarixi-memarlıq irsinin daha yaxından tanıdılması məqsədilə bu dəfə  “Xan Sarayı” muzeyinə və “Möminə Xatun” türbəsinə ekskursiya ediblər. 

Ekskursiya zamanı könüllülərə sarayın tarixi, memarlıq üslubu və Naxçıvan xanlığının dövrünə aid mədəni irs nümunələri haqqında ətraflı məlumat verilib.

Belə maarifləndirici səfərlər gənclərin milli tarixə, memarlıq abidələrinə və mədəni irsə marağının artırılmasına, onların bu dəyərlərin qorunması istiqamətində maariflənməsinə mühüm töhfə verir.