NDU tələbələri təbiət qoynunda bahar mənzərələrindən etüd çəkiblər

28.04.2026

NDU tələbələri təbiət qoynunda bahar mənzərələrindən etüd çəkiblər

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin “Rəngkarlıq” və “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr “Təsviri incəsənət” kafedrasının müəllimləri ilə birgə təbiətin bahar görüntülərini kətana köçürmək məqsədilə açıq havada etüd məşğələləri həyata keçiriblər.

Etüd zamanı tələbələr yaz fəsli üçün xarakterik olan rəng çalarlarını, işıq-kölgə effektlərini və təbii kompozisiyaları canlı müşahidə edərək kətan üzərində əks etdiriblər. Gənc rəssamlar təbiətin ümumi koloritini düzgün qavramaq, kompozisiyada əsas və ikinci dərəcəli elementləri ayırd etmək kimi vacib məqamlara diqqət yetiriblər. Açıq hava şəraiti tələbələrə real mənzərəni daha dərindən dərk etmək və rəngkarlıq bacarıqlarını inkişaf etdirmək imkanı yaradıb.

Bu məşğələ tələbələrin yaradıcılıq potensialının güclənməsinə, onların müşahidə qabiliyyətinin və estetik zövqünün inkişafına töhfə verib, həmçinin gələcək sənət fəaliyyətləri üçün təcrübə qazandırıb.