NDU-nun tələbəsi dünya çempionatında ikiqat uğur qazanıb

27.04.2026

NDU-nun tələbəsi dünya çempionatında ikiqat uğur qazanıb

           Naxçıvan Dövlət Universitetinin tələbəsi Qafar Hüseynov beynəlxalq idman arenasında növbəti uğuruna imza atıb.

24–26 aprel tarixlərində İstanbul şəhərində keçirilən “16th Shotokan World Championship” yarışında iştirak edən idmançımız yüksək nəticə göstərib. Qafar Hüseynov Senior Male “Shobu Ippon Kumite (75 kq)” və “Senior Male Shobu Nihon Kumite (75 kq)” kateqoriyalarında mübarizə apararaq hər iki növdə II yerə layiq görülüb.

Rəsmi nəticələrə əsasən, Qafar Hüseynov “Shobu Nihon Kumite” üzrə finala qədər irəliləyib. İdmançımız yalnız həlledici mərhələdə Qırğızıstan təmsilçisinə məğlub olaraq gümüş medal qazanıb.

Tələbəmizin beynəlxalq səviyyədə əldə etdiyi bu ikiqat uğur onun peşəkar hazırlığının və əzmkarlığının göstəricisidir. Eyni zamanda, bu nailiyyət Naxçıvan Dövlət Universitetinin idman sahəsində qazandığı uğurlar sırasına növbəti töhfə kimi qiymətləndirilir.

Hüseynov Qafarı təbrik edir, gələcək yarışlarda daha böyük qələbələr arzulayırıq.

 

Badəm Əliyeva

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi