Rektor buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlə görüşüb

21.05.2026

Rektor buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlə görüşüb

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev buraxılış imtahanında 300 bal toplayan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu Düylün kənd tam orta məktəbinin XI sinif şagirdi Əhməd Hüseynovla görüşüb.

Görüş zamanı rektor şagirdi əldə etdiyi uğur münasibətilə təbrik edib, ona gələcək təhsil həyatında uğurlar arzulayıb. Bildirib ki, bu maksimum nəticə həm də  Naxçıvan təhsilinin uğurudur.

Elbrus İsayev vurğulayıb ki, Naxçıvan Dövlət Universiteti istedadlı və yüksək potensiala malik gənclərlə işləməyə, onların inkişafı üçün əlverişli akademik və elmi mühit yaratmağa xüsusi önəm verir. Universitetdə tələbələrin bilik və bacarıqlarının inkişafına yönəlmiş geniş imkanların, beynəlxalq əlaqələrin, müxtəlif layihə və təşəbbüslərin mövcud olduğu diqqətə çatdırılıb.

Görüşdə Əhməd Hüseynov öz təəssüratlarını və gələcək planlarını bölüşüb.

Sonda abituriyentə müxtəlif hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.