Naxçıvan Dövlət Universiteti əlavə (təkrar) ali təhsilin qaydalarına uyğun olaraq 2024-2025-ci tədris ili üzrə əlavə (təkrar) ali təhsil almaq üçün qiyabi şöbəyə tələbə qəbulu elan edir!
Əlavə (təkrar) ali təhsil almaq istəyən şəxslər sənədlərini 06 iyun - 31 avqust 2024-cü il tarixlərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin www.portal.edu.az platformasından qeydiyyatdan keçərək müraciətlər edə bilərlər. Namizədlər bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Əlavə təhsilə elektron sənəd qəbulu” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlidirlər.
Təkrar ali təhsilə qəbul test və müsahibə əsasında aparılır. Müsahibəni uğurla keçən namizədlər təkrar ali təhsil almaq hüququ qazanır. Təkrar ali təhsil almaq hüququ qazanmış şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Ali təhsil haqqında sənədin (diplomun) və qiymət kitabçasından çıxarışın (diploma əlavə) notariusda təsdiq olunmuş surətləri;
- 3x4sm ölçüdə 6 ədəd fotoşəkil;
- Sağlamlıq haqqında arayış;
- Əmək kitabçasından çıxarış;
- Şəxsiyyət vəsiqəsinin surəti.
Müsabiqənin keçiriləcəyi tarix və yer şəxsi kabinetlərə göndəriləcək. Təkrar ali təhsil yalnız ödənişli formada bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara müvafiq ixtisas üzrə bakalavr peşə-ixtisas dərəcəsi və ali təhsil haqqında dövlət nümunəli bakalavr diplomu verilir.
2024-2025-ci tədris ili üzrə aşağıdakı ixtisaslara əlavə (təkrar) ali təhsil almaq üçün müraciət edə bilərsiniz:
- Hüquqşünaslıq;
- Tarix;
- Tərcümə (İngilis-Azərbaycan dilləri);
- İqtisadiyyat;
- Mühasibat;
- İnformasiya texnologiyaları;
- Psixologiya;
- Musiqişünaslıq.
Ünvan : Naxçıvan şəhəri, Universitet şəhərciyi, əsas bina.


