Naxçıvan Dövlət Universitetində "Elmi - tədqiqat işi: struktur və məzmun məsələləri" adlı vebinar keçirilib

Təlim "Pedaqogika və psixologiya" kafedrasının təşkilatçılığı keçirilib.

Təlimi giriş sözü ilə açan Pedoqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev təlim iştirakçılarını salamlayıb və təlimin əhəmiyyəti haqqında məlumat verib.

Sonra Azərbaycan Respublikasının Təhsil İnstitutunun şöbə müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov mövzu üzrə təlim keçib

Təlimin sonunda "Pedaqogika və psixologiya" kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov kafedranın fəaliyyət planına uyğun olaraq bu kimi təlimlərin mütəmadi keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.