Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq fakültəsində 10 Dekabr – İnsan Hüquqları Gününə həsr olunmuş tədbir təşkil edilib. Tədbirdə insan hüquqlarının qorunması və təbliği istiqamətində əldə olunan nailiyyətlər, habelə bu sahədə beynəlxalq hüququn əhəmiyyəti ətrafında müzakirələr aparılıb.
Çıxış edənlər insan hüquqlarının cəmiyyətin əsas prinsiplərindən biri olduğunu vurğulayaraq, hüquq təhsili alan tələbələrin bu sahədə daha geniş məlumat əldə etməsinin vacibliyini qeyd ediblər. Tədbirdə beynəlxalq hüququn müasir problemləri və perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Bu kimi tədbirlər, tələbələrə insan hüquqları sahəsində nəzəri və praktiki biliklərin dərinləşdirilməsi üçün mühüm imkan yaradır.