NDU-da Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə siyasi elmlər üzrə fəlsəfə doktoru, jurnalist, nitq təlimçisi İradə İsakın təqdimatında "Nitqin aydın olsun" mövzusunda onlayn təlim keçirilib.
Təlim zamanı ünsiyyət prosesində rast gəlinən tələffüz problemləri, nitqdə yol verilən nöqsanlar, jurnalist fəaliyyətində düzgün danışıq qaydalarının əhəmiyyəti, səlis nitqə malik olmağın yolları və s. məsələlərə toxunulub. Təlimin hədəf auditoriyasını jurnalistika ixtisası üzrə təhsil alan tələbələr və Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimləri təşkil ediblər. Tələbələrlə təlimçi İradə İsak arasında nitqə dair son dövrlər rəsmi status qazanmış bəzi qaydalar barədə geniş müzakirələrə yer verilib. Region həyat tərzi, mərkəzdən uzaq təhsil sistemi, yerli media subyektlərinin tələbləri və digər amillərin təsir etdiyi və formalaşdırdığı jurnalist nitqi ətrafında fikir mübadiləsi aparılıb.
Sonda təlimçiyə ünvanlanmış suallar cavablandırılıb, tələffüzlə bağlı tələbələri narahat edən məqamlar aydınlaşdırılıb.