Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsinin, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar “Heydər Əliyev adına Uşaq-Gənclər yaradıcılıq mərkəzində” “Şəhərsalma və Memarlıq İrsi” adlı sərgi təşkil edib.
Sərgidə Memarlar Birliyinin Sədri Heydər Əhmədov, Naxçıvan İcra hakimiyyətinin Baş memarı Qalib Abbasov və bir qrup memarlar, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin dekanı prof. Cavanşir Zeynalov, Memarlıq kafedrasının müdiri dos.Gülnarə Qənbərovada iştirak edib
Sərgiyə baxış zamanı yaradılmış komissiya üzvüləri tərəfindən memar tələbələrin işlərinə baxış keçirilib. I yer mükafatına Memarlıq ixtisasının III kurs tələbəsi- Məmmədova Qətibə, III yer mükafatına Memarlıq ixtisasının I kurs tələbəsi Yunusov Ağaxəlil layiq görülüb.
Memarlıq ixtisasının tələbələri Oruc Quliyev, Sedat Ötün, Sinan Yıldızbakan, Taylan Abdullah, Fatmeyizəhra Axundova, Esmiya Məhyəddinova isə diplomla təltif olunublar.