NDU-nun Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Musiqi Kollecinin tələbə və müəllimlərin iştirakı ilə hazırlanan "Erkən yaşda nikahların qarşısının alınması və təhsilli qadın təhsilli cəmiyyətin təməlidir" adlı tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Texniki  Kollecinin direktoru Asəf Ruşanov erkən nikah və onun fəsadları haqqında danışıb. Direktor bildirib ki, erkən nikahlar insanın sadəcə bioloji cəhətdən yox həmdə psixoloji tərəfdən də inkişaf etməsinə mane olur. Çıxışının sonunda Asəf Ruşanov qeyd edib ki, erkən nikah şəxsin təhsilini davam etdirməsinə ciddi şəkildə mənfi təsir göstərir.

          Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva “Erkən nikahın qarşısının alınması barədə hansı tədbirlər görülə bilər” mövzusunda ətraflı məlumat verib. Diqqətə çatdırlıb ki, ötən illərlə müqayisədə ölkəmizdə erkən nikahların sayı azalıb və buda sevindirici haldır.

          Naxçıvan Musiqi Kollecinin Pedaqogika və psixologiyanın əsasları fənni üzrə  müəllimi Surə Vəliyeva erkən nikahın ən böyük fəsadların olan intihar hadisələri barədə danışınb. O qeyd edib ki, erkən  nikah ilə ailə qurulan zaman boşanma hallarınında sayı artır.

          Sonra Aktyor sənəti ixtisasının müəllim və tələbələri tərəfindən hazırlanan “Təhsil naminə” adlı kiçik səhnəcik izlənilib.