Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli: gənclərin hüquqi dövlət quruculuğundakı yeri və rolu” mövzusunda konfrans keçirilib. Fevralın 12-də baş tutan tədbirdə bir sıra ali təhsil müəssisələrinin, o cümlədən Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Konfransda Naxçıvan Dövlət Universiteti "Hüquqşünaslıq" ixtisası tələbələsi Yusif Mirzəzadə “Müstəqil Azərbaycanda insan hüquqlarının dövlət təminatı” mövzusunda çıxış edib.
Konfrans öz işini müxtəlif ali təhsil müəssisələrinin tələbələri tərəfindən təşkil edilən bədii hissə ilə yekunlaşdırıb.