NDU nəzdində Gimnaziyanın 33 şagirdi Respublika Fənn Müsabiqələrində uğur qazanıb

08.04.2026

NDU nəzdində Gimnaziyanın 33 şagirdi Respublika Fənn Müsabiqələrində uğur qazanıb

           Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Gimnaziyanın şagirdləri Respublika Fənn Müsabiqələrində uğurlu nəticələr əldə edərək yarımfinal mərhələsinə yüksəliblər.

Belə ki, gimnaziyanın ümumilikdə 33 şagirdi müxtəlif fənlər üzrə müsabiqədə fərqlənib. Kimya fənni üzrə müsabiqədə iştirak edən iki şagird 100 bal toplayaraq maksimum nəticə əldə edib. Uğur qazanan şagirdlərdən 14-ü riyaziyyat, 8-i kimya, 5-i təbiət elmləri, 3-ü fizika, 3-ü isə biologiya fənni üzrə yüksək nəticə göstəriblər.

Bu nəticələr şagirdlərin bilik və bacarıqlarının, eləcə də tədris prosesinin keyfiyyətinin göstəricisidir. Gimnaziyada yaradılan müasir tədris mühiti və müəllim heyətinin peşəkarlığı əldə olunan uğurlarda mühüm rol oynayır.

 

Badəm Əliyeva

NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi