Naxçıvan Dövlət Universitetində Qaradəniz Texnik Universitetinin professoru Oktay Yıldızın təqdimatında onlayn təlim aparılıb.

19-20 noyabr 2024-cü il tarixlərində Texnoloji transfer və innovasiyalar bölməsinin təşkilatçılığı ilə baş tutan təlim 4 mərhələdən ibarət olaraq, onlayn formatda Zoom üzərindən həyata keçirilib.

Təlimdə aşağıda qeyd olunan mövzular ətrafında maarifləndirici söhbətlər aparılıb, real faktlar əsasında nümunələrlə əsaslandırılıb, maraqlı tərəflərin sualları cavablandırılıb:

- Layihələrin hazırlanma qaydaları;

- Sahibkarlıq və biznes ideyalarının idarə edilməsi;

- Əqli və sənaye mülkiyyət hüquqları. Patent;

- Universitet-sənaye əməkdaşlığı layihələri.

Mövzu ilə bağlı iştirakçıların sualları əsasında maraqlı və faydalı tövsiyələr verən professor layihələr, ixtiralar və sənaye ilə əlaqələrin qurulması zamanı atılacaq addımları mərhələli şəkildə təlim iştirakçılarının diqqətinə çatdırırb. Layihələrin hazırlanmasında məntiqi çərçivə yanaşması, paydaş, problem, hədəf və strateji analizlərin aparılması, fəaliyyət planı daxilində büdcə smetasının hazırlanması və digər mühüm məsələlər yeni layihə yazarları üçün bir çox məqamı aydınlaşdırıb.

Patentlə bağlı elmi ictimaiyyət arasında formalaşmış yalnış mifi aradan qaldırmaq məqsədilə Professor Oktay Yıldız yeni ideyaların sənayeyə yönləndirilməsinin asan və səmərəli yollarını göstərməyə çalışıb. 100-dək əməkdaşın iştirakı ilə keçirilən təlim universitet əməkdaşlarının marağına səbəb olmuş, qarşılıqlı müzakirə ilə yekunlaşmışdır. Təlimin interaktiv hissəsini daha da məhsuldar etmək məqsədilə professor Oktay Yıldız yaxın aylarda üz-üzə təlimlər üçün universitetə gəlməyi və ineraktiv treninqlər keçirməyi öhdəsinə götürüb.