Oktyabrın 16-da Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində Türkiyədən dəvət olunmuş Qaziantep Universitetinin Təhsil elmləri kafedrasının professoru Erdal Bay tərəfindən “Gələcəyin ekosistemində effektiv tədris metodları” mövzusunda ustad dərsi keçirilib.
Dərsdən əvvəl Pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov çıxış edərək fakültənin fəaliyyəti haqqında qısa məlumat verib. Universitetə dəvət olunan əcnəbi professorların ustad dərslər keçməsini, bu cür diskussiyaların təşkilinin müəllim və tələbələrin peşəkar inkişafına dəstək olduğunu bildirib.
Pedaqoji fakültənin dekan müavini İnci Adilzadə qonaq professoru auditoriyaya təqdim edib və onun akademik fəaliyyəti haqqında söz açıb.
Professor Erdal Bay “Gələcəyin ekosistemində effektiv tədris metodları” mövzusunda təşkil olunan ustad dərs barədə auditoriyaya nəzəri və praktik olaraq geniş məlumatlar verib.
Sonda iştirakçıları maraqlandıran suallar professor tərəfindən cavablandırılıb.
Qeyd edək ki, 2025-2026-ci tədris ilində ali təhsil ocağında 50 nəfər əcnəbi alim çalışacaq, bu NDU tarixində ən yüksək göstəricidir.
Aidə İbrahimova
Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı