Novruzova Lamiyə Balaməmməd qızı

  Novruzova Lamiyə Balaməmməd qızı 1986-cı il 2 iyul tarixində Şirvan şəhərində anadan olmuşdur. 2003-cü ildə Şirvan şəhər 2   saylı tam orta məktəbi bitirmişdir. Elə həmin il Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakultəsinə qəbul olmuşdur. 2007-ci ildə   bakalavr pilləsini bitirib “Əczaçılıq kimyası” üzrə magistraturaya qəbul olmuşdur. 2009-cu ildə magistraturanı bitirmişdir. 2009-cu   ilin iyul ayından Qərb MMC şirkətinə məxsus aptekdə əczaçı kimi çalışmışdır. 2015-ci ilin fevral ayından 2019-cu ilin oktyabr ayına   qədər Culfa Rayon Mərkəzi Xəstəxanasında aptek müdiri vəzifəsində, 2019-cu ilin oktyabr ayından 2023-cü ilin sentyabr ayına qədər isə Naxçıvan Tibb Kollecində müəllim işləmişdir. 2023-cü ilin sentyabr ayından etibarən Naxçıvan Dövlət Universitetində müəllim     vəzifəsində çalışır.