Seyidova Səmayə Aydın qızı

       Seyidova Səmayə Aydın qızı Sədərək rayonu Sədərək  kəndində anandan olub. 2003-cü ildə Bakı şəhər 239 №   orta məktəbə daxil olub, 2014-cü ildə Naxçıvan şəhər M.C.Cəfərov adına 14 № orta məktəbi bitirib. 2014 cü ildə   Naxçıvan Dövlət Universitetinin Biologiya müəllimliyi ixtisasına daxil olub, təhsil aldığı illərdə Heydər Əliyev adına   adlı təqaüd alıb.2018-ci ildə biologiya müəllimliyi ixtisasını fərqlənmə diplomu ilə bitirib.2018-ci ildə Bakı Dövlət   Universitetində Onurğalılar zoologiyası ixtisası üzrə magistra daxil olub, 2020-ci ildə həmin ixtisası fərqlənmə   diplomu ilə bitirib. 2020-ci ildən Naxçıvan Dövlət Universitetində saathesabı müəllim kimi fəaliyyət göstərir. 2021-     2022ci ildə Naxçıvan Universitetində saathesabı müəllim  kimi fəaliyyət göstərib.  2021-ci ildə Naxçıvan şəhər   Şahbuz   rayon Qızılqışlaq kənd orta məktəbində biologiya müəllimi kimi işləyib. 2022-ci ildən Ordubad rayon Azad   kəndində biologiya müəllimi kimi fəaliyyət göstərib. 2023-cü il oktyabr ayından etibarən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi Təməl tibb fənləri kafedrasında laborant olaraq fəaliyyətə başlayıb.