Panellərdə bitkiçilik və bitki mühafizəsi, biomüxtəliflik və vəhşi təbiətin qorunması, orqanik əkinçilik və heyvandarlıq, kənd təsərrüfatı obyektlərində makro və mikro çirkləndiricilər haqqında mövzular dinlənilib.
Qeyd edək ki, konfransa ölkəmizin, Türkiyənin, Norveçin müxtəlif ali təhsil, elmi-tədqiqat və tətbiqi yönümlü müəssisələrindən ümumilikdə 26 təşkilat qoşulub. 172 elm adamı tərəfindən 108 elmi məqalə təqdim olunub.