“Hərbi tibb” ixtisasına qəbul olmaq istəyən namizədlərin nəzərinə

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində “Hərbi tibb” ixtisası üzrə tədris əyani formada Azərbaycan dilində aparılır. Təhsil müddəti 6 ildir.

“Hərbi tibb” ixtisasına cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşdan 23 yaşadək kişi cinsli hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və hərbi vəzifəlilər qəbul edilir.

SƏNƏDLƏRİN QƏBULU:

“Hərbi tibb” ixtisasına qəbul olmaq istəyən namizədlər 1 aprel 2024-cü il tarixdən 30 aprel 2024-cü il tarixədək ərizə ilə Naxçıvan Dövlət Universitetində yaradılmış sənəd qəbulu komissiyasına müraciət etməlidirlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

       Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.

    QEYD:

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN “HƏRBİ TİBB” İXTİSASINA QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR

Namizədlər hərbi həkim komissiyasında müayinədən keçməlidirlər.

Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.

Naxçıvan Dövlət Universitetinin “Hərbi tibb” ixtisası üçün keçiriləcək qəbul imtahanına hərbi həkim komissiyasında müayinədən müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.

Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması fakültə dekanlığının sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı IV ixtisas qrupunun fənləri üzrə Azərbaycan dilində keçirilir.

Namizədlər “Hərbi tibb” ixtisasına Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələri əsasında qəbul edilirlər.

“Hərbi tibb” ixtisası üzrə qəbul olmuş şəxslər 4-cü kursadək təhsil aldıqdan sonra hərbi andı qəbul edir və bütün növ təminatlarla (geyim, qida və s.) təmin edilirlər. “Hərbi tibb” ixtisasına qəbul olmuş şəxslər 4-cü kursadək Naxçıvan Dövlət Universitetində və kliniki bazalarda, son 2 ili isə birbaşa Hərbi hospitalda və hərbi şəraitdə təhsil alırlar. “Hərbi tibb” ixtisası üzrə qəbul olmuş şəxslər təhsil müddətində müəyyən edilmiş məbləğdə müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.

Sənədlər Naxçıvan Dövlət Universitetində yaradılmış komissiya tərəfindən qəbul olunur (Ünvan: Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti).

Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcək.

Əlavə məlumat Naxçıvan Dövlət Universitetinin internet saytında (www.ndu.edu.az) yerləşdiriləcək.

Əlaqə:  Telefon: (+99436) 544 08 61 (2700), (+994) 503690000, (+994) 602088800 

Faks: (+99436) 545 72 88

E-poçt:   info@ndu.edu.az;   admin@ndu.edu.az