NDU-da fəlsəfə doktoru proqramı üzrə ixtisas fənnindən qəbul imtahanı keçirilib

10 sentyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə ixtisas fənnindən doktoranturaya qəbul imtahanı keçirilib. Namizədlər müraciət etdikləri “İxtisas” fənni üzrə biliklərini nümayiş etdiriblər.

Qeyd edək ki, 2025–2026-cı tədris ili üzrə fəlsəfə doktoru proqramında doktoranturaya ümumilikdə 43 nəfər müraciət edib. Onlardan 21 nəfər xarici dil imtahanından müvafiq keçid balını toplayaraq “Fəlsəfə” fənnindən imtahanda iştirak etmək hüququ qazanıb. Onlardan 15 nəfər “Fəlsəfə” fənnindən məqbul nəticə alaraq “İxtisas” fənnindən imtahanda iştirak etmək hüququ qazanıb.

Ümumilikdə “İxtisas” fənnindən imtahanda 15 namizəd iştirak edib. Məqbul nəticə əldə edən namizədlər 2025-2026-cı tədris ilində Naxçıvan Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə doktorantura təhsilinə başlayacaqlar.