250 namizəd imtahan verərək rəsmi IELTS sertifikatı almışdır

        NDU-nun Beynəlxalq İmtahan Mərkəzləri də 2024-cü ili mühüm göstəricilərlə başa vurub
Naxçıvan Dövlət Universitetində 2 Beynəlxalq İmtahan Mərkəzi fəaliyyət göstərir: IELTS və SAT Qeydiyyat və İmtahan Mərkəzləri
NDU IELTS mərkəzi 2022-ci aprel ayından etibarən Britaniya Şurası və Naxçıvan Dövlət Universitetinin əməkdaşlığı ilə fəaliyyətə başlayıb. Mərkəzdə rəsmi IELTS imtahanları ilə yanaşı akademik ingilis dili ilə bağlı müxtəlif seminarlar və ödənişsiz danışıq klubları keçirilir.
Fəaliyyətə başladığı vaxtdan etibarən mərkəzdə 250-ə yaxın namizəd imtahan verərək rəsmi IELTS sertifikatı almışdır. Onlardan bir qismi öz təhsillərini xaricdə davam etdirirlər.
Mərkəz Naxçıvan Muxtar Respublikasının sakinləri və yaşayış yeri və vətəndaşlığından asılı olmayaraq bütün namizədlər üçün rəsmi IELTS imtahanını əlçatan edir. Naxçıvan Dövlət Universitetində ingilisdilli təhsilin həyata keçirilməsində mərkəzin əhəmiyyətli rolu vardır.
2024-cü ildə IELTS imtahan mərkəzində 60 müəllim universitet büdcəsi hesabına imtahan vermiş və Britaniya Şurası tərəfindən universitetə rəsmi “Britaniya Şurası Əməkdaşlıq Proqramının IELTS Test Mərkəzi” sertifikatı təqdim edilmişdir.
         29 oktyabr 2024-cü il tarixdə Təhsilin İnkişafı Fondu və TKTA ilə imzalanmış “Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Təhsilin İnkişafı Fondu və Naxçıvan Dövlət Universiteti arasında elmi-pedaqoji heyət üzvlərinin və təhsilalanların IELTS imtahanına təşviq edilməsi işinin təşkili haqqında Müqavilə”yə əsasən ümumi ortalama minimum 6.5 bal və yuxarı nəticə göstərmiş Naxçıvan Dövlət Universitetinin tələbələri və akademik heyəti imtahan üçün ödədikləri məbləği geri alacaqlar.
​Yarandığı dövrdən NDU IELTS Mərkəzinin imtahan prosesi aşağıdakı kimi olmuşdur: