Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı şəhərində Heydər Əliyev Sarayında tədbir keçirilib.

Naxçıvan Dövlət Universitetinin Stomotologiya kafedrasının müəllimi Aygün Yusifova, Tibb fakültəsinin tələbəsi Bəhriyyə Mustafayeva və Xarici dillər fakültəsinin tələbəsi Nəsrin Babayeva  Heydər Əliyev Sarayında keçirilən tədbirdə iştirak ediblər.

Tədbirdə görkəmli ictimai-siyasi xadimlər, millət vəkilləri, dövlət və özəl sektorun nümayəndələri, eləcə də qeyri-hökumət və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.