NDU Kembric Məktəbi direktoru Bayram Əliyev və Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin Bölmə rəhbəri Mərhəmət Bayramov çıxış etdikdən sonra şagirdlərə Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin əməkdaşı Aytac Axundova tərəfindən maliyyə savadlılığı ilə əlaqəli təlim keçirilib. Daha sonra təlimin effektivliyi yoxlanılıb, qiymətləndirmədə ən uğurlu olan 3 şagirdə Mərkəzi Bankın Naxçıvan idarəsinin əməkdaşları tərəfindən hədiyyələr verilib.