Ordubad rayonunun Dəstə kənd orta məktəbin XI sinif şagirdləri Naxçıvan Dövlət universitetində olublar
Şagirdlər ilk olaraq universitetin Tibb fakültəsi ilə tanış olaraq buradakı təhsil- tədqiqat imkanları barədə məlumatlanıblar. Buarada şagirdlərə anatomiya, fiziologiya, farmakologiya, patologiya, biokimya və s. kabinlərə haqqında geniş məlumat verilib.
Daha sonra Elmi Kitabxana ilə tanışlıq olub. Kitabxanada bələdçi kitabxananın şöbələri, kitablar, elektron kitab şöbəsi haqqında məlumat verib.
Kitabxana ilə tanışlıqdan sonra şagirdlər ardıcıl olaraq Universitet xəstəxanası, Təbiətşünaslıq və kənd təsərrüfatı, Beynəlxalq münasibətlər və hüquq fakültələrindəki laboratoriyalar və tədris imkanları ilədə tanış olublar.
Şagirdlərdə maraq doğuran turdan sonra Sosial mərkəzdə yemək süfrəsi ətrafında toplanan abituriyentlər universitet haqqında xoş təəssüratlarını bölüşüblər.