Bildirək ki, proqramın məqsədi ölkədə "Scopus" və "Web of Science" kimi elmmetrik və bibliometrik bazaları ekspert səviyyəsində tətbiq və təhlil edə biləcək mütəxəssislər yetişdirmək olub.
Hazırlıq proqramına 150 müraciətçi arasından seçilən 70 nəfər iştirakçı qatılsa da, yalnız 28 nəfər proqramı uğurla bitirib. 26 Oktyabr 2024-cü il tarixində Shabran Well-Being Resort Hoteldə EATDA, Elsevier və Clarivate nümayəndələrinin iştirakı ilə baş tutan Proqramın yekun tədbirində Naxçıvan Dövlət Universitetindən isə Texnoloji Transfer və İnnovasiyalar Bölməsinin böyük mütəxəssisi, Kimya kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru İmanov Hüseyn Əbülfəz oğlu, Xarici tələbələrlə iş üzrə dekanlığın müəllimi Seyidova Zəhra Mirməhəmməd qızı, Memarlıq fakültəsinin tələbəsi Quliyev Şəhriyar Cəfər oğlu "Elsevier" və "Clarivate" şirkətlərinin birgə sertifikatını əldə edə bilib.
Top advisor on Scientometric Databases Training Program–2024–də iştirak edib uğur qazanan Naxçıvan Dövlət Universitetinin əməkdaşlarına elmi fəaliyyətlərində uğurlar arzu edirik.