Mehrac Abbasov Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müəllim və tələbələri üçün onlayn vebinar keçib

Azərbaycan respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru, biologiya elmlər doktoru, dosent Mehrac Abbasov "Biologiyada post-genom erası: nailiyyətlər və perspektivlər" mövzusunda vebinar keçib.

Onlayn şəkildə keçirilən vebinarda mövzu üzrə vebinar iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, Mehrac Abbasov 140 elmi əsərin ( 35- i impakt faktorlu jurnallarda ), o cümlədən 2 kitab və 7 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun beynəlxalq elmi əsərlərində 330-dan çox istinad edilmiş və həmmüəllifli olduğu 7 bitki rayonlaşdırılaraq patenləşdirilmişdir.