NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN “HƏRBİ TİBB” İXTİSASINA QƏBUL ELANI

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN “HƏRBİ TİBB” İXTİSASINA QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR :

 

️Namizədlər hərbi həkim komissiyasında müayinədən keçməlidirlər.

 

️Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.

 

️Naxçıvan Dövlət Universitetinin “Hərbi tibb” ixtisası üçün keçiriləcək qəbul imtahanına hərbi həkim komissiyasında müayinədən müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.

 

️Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması fakültə dekanlığının sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.

 

️Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı IV ixtisas qrupunun fənləri üzrə Azərbaycan dilində keçirilir.

 

️Namizədlər “Hərbi tibb” ixtisasına Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələri əsasında qəbul edilirlər.

 

️“Hərbi tibb” ixtisası üzrə qəbul olmuş şəxslər 4-cü kursadək təhsil aldıqdan sonra hərbi andı qəbul edir və bütün növ təminatlarla (geyim, qida və s.) təmin edilirlər. “Hərbi tibb” ixtisasına qəbul olmuş şəxslər 4-cü kursadək Naxçıvan Dövlət Universitetində və kliniki bazalarda, son 2 ili isə birbaşa Hərbi hospitalda və hərbi şəraitdə təhsil alırlar.

 

️“Hərbi tibb” ixtisası üzrə qəbul olmuş şəxslər təhsil müddətində müəyyən edilmiş məbləğdə müavinət alırlar.

 

️Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcək.