NDU və Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin birgə təşkilatçılığı ilə ali təhsil ocağının hazırlıq kursunda təhsil alan əcnəbi tələbələrlə görüş Beynəlxalq münasibətlər və hüquq fakültəsində baş tutub.
Universitetin Ümumi işlər üzrə prorektoru Afin Məmmədov bildirib ki, ölkədə əcnəbi tələbələrin sayına görə NDU ön sırada yer alır. Əcnəbi tələbələrlə miqrasiya qanunvericiliyi barədə mütəmadi olaraq məlumatlandırılma xarakterli görüşlər keçirilir və belə görüşlər mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin şöbə rəisi Samir Abbasov, idarənin əməkdaşları Elnur Zellabdinov, Elvin Cavadov əcnəbi tələbələrin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin alınması, müddətin uzadılması və yenidən rəsmiləşdirilməsi haqqında bəhs ediblər. Eləcə də, miqrasiya qanunvericiliyinə əməl olunmadığı hallarda İnzibati Xətalar Məcəlləsinə əsasən tədbiq olunan inzibati məsuliyyət barədə məlumatları diqqətə çatdırıblar.
Daha sonra əcnəbi tələbələri maraqlandıran suallar cavablandırılıb.