Naxçıvan Dövlət Universitetində “20 Yanvar – Ümumxalq Hüzn Gününün 35 illiyi” ilə əlaqədar olaraq universitetin Elmi Kitabxanasında, kolleclərdə və fakültələrdə tədbirlər, dəyirmi masalar və dərslər keçirilib

Universitetin Xaricidillər fakültəsində “20 Yanvar faciəsi: Dil və tərcümə ilə həqiqətlərin dünyaya çatdırılması” mövzusunda konfrans, Memarlıq və mühəndislik fakültəsində “Azərbaycan xalqının azadlıq mübarizəsi” mövzusunda dəyirmi masa,  Pedaqoji fakültədə “20 Yanvar Ümumxalq Hüzn günü”- nə həsr edilmiş tədbir, Tarix-filologiya fakültəsində “20 Yanvar faciəsinin otuz beşinci ildönümü” mövzusunda tədbir, İqtisadiyyat və idarəetmə fakültəsində “20 Yanvar faciəsinin otuz beşinci ildönümü” mövzusunda tədbir, Fizika-riyaziyyat fakültəsində “20 Yanvar faciəsinin otuz beşinci ildönümü” mövzusunda dəyirmi masa, Təbiətşünaslıq və kənd təsərüffatı fakültəsində “20 Yanvar faciəsinin otuz beşinci ildönümü” mövzusunda açıq dərslər, Beynəlxalq münasibətlər və hüquq fakültəsində 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş elmi praktiki konfrans, İncəsənət fakültəsində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş rəsm sərgisi, Naxçıvan Tibb Kollecində “Qanlı yanvarın izləri” mövzusunda tədbir, Naxçıvan Texniki Kollecində “20 Yanvar – Ümumxalq Hüzn Günü” mövzusunda tədbir, Naxçıvan Musiqi Kollecində “20 Yanvar – Ümumxalq Hüzn Günü” mövzusunda tədbir və Elmi kitabxanada “20 Yanvar Ümumxalq Hüzn Günüdür” adlı dəyirmi masa və sərgi keçirilib.

Qeyd edək ki, bu gün Naxçıvan Dövlət Universitetində keçirilən ilk dərslər 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunub. Dərslər zamanı tələbələrə 1990-cı il 20 Yanvar hadisələrinin tarixi əhəmiyyəti barədə geniş məlumat verilib.