Universitetin qonaq professorları təlimlər və dərslərdə nəzəri və praktiki nümunələr əsasında iştirakçılara geniş məlumatlar çatdırır.
Aprel ayı ərzində davam edən təlimlərdə Qafqaz Universitetinin Baytarlıq fakültəsinin Cərrahiyyə kafedrasının professoru İsa Özaydın Baytarlıq təbabəti haqqında təcrübələrini müəllim və tələbələrlə bölüşüb.
Öz sahəsində ixtisaslaşmış mütəxəssis və təlimçi İsa Özaydın NDU-nun Baytarlıq təbabəti ixtisasının II kurs tələbələrinə cərrahi tikişlərin üsullarını praktik olaraq göstərib.