Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi” mövzusunda seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin narkotiklərlə mübarizə idarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Əli Bayramov “Narkomaniya nədir, onun zərərli təsirləri və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti”, Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzinin direktoru, dosent Çapay Quliyev “Narkomaniyanın insan həyatına psixoloji təsir məsələləri”, həmçinin universitetin “Ümumi hüquq fənləri” kafedrasının baş müəllimi Elman Abbasovun “Bitki və sintetik təbiətli narkotik tərkibli maddələr” mövzusunda məruzələri dinlənilib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında diskussiya aparılıb.