Naxçıvan Dövlət Universitetinin İnformasiya Texnologiyaları İxtisasının tələbəsi Azərbaycan üzrə Top təlimçilərdən seçilib

    Şəhriyar Quliyev Entrepreneurship sahəsində həyata keçirilən SAGE (IDDA sponsorluğunda) - “Train the Trainer” proqramı çərçivəsində Azərbaycanda Top 18 Entrepreneurship trainerlərdən biri kimi məzun olub. O, hər üç “Cohort”u (I, II, III) uğurla yerinə yetirib və “T3 Participant” (2024, dekabr), “Assistant Trainer” (yanvar) və “Trainer” (fevral) kimi sertifikasiya olunub

Şəhriyar Quliyev, “Entrepreneurship Awareness” proqramı çərçivəsində Azərbaycanın müxtəlif Universitetlərindən olan istedadlı gənclərə mentorluq edib.

Eyni zamanda, “Entrepreneurship Awareness” proqramı çərçivəsində Universitetin daha iki tələbəsi Məhəmmədəli Səfərəliyev (İnformasiya Texnologiyaları ixtisası) və Arzu Əhmədov (Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisası) təlimlərə cəlb olunaraq Bakıda keçirilən III “Cohort”da uğurla iştirak edərək sertifikasiya olunub

Qeyd edək ki, həm təlimçilər üçün olan “Train the Trainer”, həm də tələbələr üçün olan “Entrepreneurship Awareness programme”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “İnnovasiya və Rəqəmsal İnkişaf Agentli” tərəfindən tam təqaüdlə dəstəklənib. Proqram Amerika, Avropa və Türkiyədən olan SAGE mütəxəssisləri və qonaq professorlar tərəfindən keçirilib.